Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Lənkəran və Masallının bəzi ərazilərində işıq olmayacaq

 

Bu gün Lənkəran və Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

Yenieber.org-un məlumatına görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 23 dekabr tarixində 110/35/10 kV-luq “Lənkəran-1” yarımstansiyasından çıxan 35 kV-luq “Hirkan” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Gərmətük, Hirkan qəsəbəsi, Kosalar, Siyavar, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmin tarixdə Masallı EŞ-nin ərazisində 35/10 kV-luq “Əminli” yarımstansiyasından qidalanan 10 kV-luq 1 saylı, həmçinin 35/10 kV-luq “Xıl” yarımstansiyasından çıxan 6, 7 saylı hava xətlərində təmir işləri aparılacaq. Beləliklə, saat 10:00-dan 13:00-dək Həsənli, Yeddi Oymaq, Şıxlar, Qasımlı kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam