Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Həştərxan vilayətinin qubernatoru Dostluq uşaq bağçasını ziyarət etdi

 

"Dostluq" uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunub.

 

 

Xeberinfo.com:   Səfərin məqsədi – fəaliyyətinin ilk ili ərzində qurumun fəaliyyətini yoxlamaq olmuşdur.

Qubernatorla bərabər uşaq bağçasını Həştərxan şəhəri Administrasiyasının rəhbəri O.A.Polumordvinov, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri D.Afanasyev, Həştərxan vilayətinin Təhsil və elm naziri V.A.Gutman və Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri Ə.A.Hüseynov ziyarət edib.

Qonaqlar uşaq bağçasının ərazisində yerləşən bütün otaqlarda olmuş və uşaqlar üçün yaradılmış şərait ilə tanış olmuşlar. Yoxlama nəticəsində bütün bağçanın kollektivinin fəaliyyəti yüksək qiymətləndirilib. Səfərin sonunda Aleksandr Jilkin bağçanın kollektivinə işlərində müvəffəqiyyətlər arzuladı.

 Qeyd edək ki, Həştərxanda Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı 29 sentyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə baş tutub.

 

140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alırlar. Ümumilikdə bu məktəbəqədər təhsil müəssisəsində 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam