Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Rusiya İrana “Şahed” PUA-ları verir -ABŞ bazalarına hücum üçün

Tehranda İslam İnqilabının ildönümündə sərgilənən "Şəhed-129" dronu

Rusiya ABŞ və İsrailə qarşı istifadə olunması üçün İrana “Şahed” pilotsuz uçuş aparatları (PUA) verir.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.

Ukrayna Prezidenti Rusiyanın ABŞ hərbi qüvvələrinin və obyektlərinin yerləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü də söyləyib: “Hesab edirlər ki, Avropa və ABŞ bu müharibədə Ukraynaya kəşfiyyat məlumatları ilə kömək edə bilirsə, deməli, Rusiya da İran rejiminə kömək edə bilər”.

Volodimir Zelenski deyib ki, İranın ABŞ bazalarına hücumlarda Rusiya istehsalı olan “Şahed” PUA-larından istifadə etməsi 100 faiz həqiqətdir: “Həmin PUA-lar İran lisenziyaları əsasında Rusiyada istehsal edilib, daha sonra Tehrana ötürülüb. Mənim əlimdə faktlar var ki, İran rejimi həmin dronlardan ABŞ bazalarına və Yaxın Şərqdə İranın qonşularına qarşı istifadə edib. Ukrayna ilə bölüşülən kəşfiyyat məlumatları İran dronlarında bəzi detalların Rusiya istehsalı olduğunu təsdiqləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam