Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Nüvə materiallarının bir zərrəsi belə ölkədən çıxarılmayacaq" -RƏSMİ

iran-milli-tehlukesizlik-ali-surasina-katib-teyin-edildi
“ABŞ etimad yaratmayana qədər İran xalqı və rəsmiləri danışıqların aparılmaması barədə vahid mövqeyə gəliblər”.

Yenixeberorg.az: Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Pakistan ordusunun feldmarşalı Asim Munirlə görüşü zamanı deyib.

Rzayi o cümlədən İranda zənginləşdirilmiş nüvə materiallarının hamısının ölkədə qalacağını bildirib.

O bildirib ki, zənginləşdirilmiş nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq. Onun sözlərinə görə, bu materiallar İran xalqının milli sərvəti və ölkə daxilində istifadə üçün böyük kapitaldır.

Təhlükəsizlik Şurasının rəsmisi onu da əlavə edib ki, etimadın yaradılması prosesinin başlanması İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən keçir.

Bu gün Tehrana səfər edən Pakistan ordusunun feldmarşalı Asim Munir isə görüşdə İran və Pakistan arasındakı sərhədin açılması məsələsinə toxunub.

“Açıq şəkildə bəyan edirik ki, İran və Pakistan sərhədləri ilə bağlı problem aradan qaldırılıb və sərhəd bu gün səhər saatlarından etibarən açılıb”, - Munir deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam