Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək

"Rosatom"un rəhbəri Aleksey Lixaçov və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi noyabrın əvvələrində Antalyada danışıqlar aparacaq və Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Yenixeberorg.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Qrossi ilə görüşümüz noyabrın əvvələrinə Antalya şəhərində planlaşdırılıb", - o bildirib.

Agentlik qeyd edir ki, danışıqlar hər il keçirilən beynəlxalq tədbir çərçivəsində baş tutacaq.

"Enerqodarda sosial infrastruktura endirilən zərbələrə aydın və konkret reaksiya verilməsi çağırışını davam etdiririk. Ümid edirik ki, Qrossi də bu məsələdə iştirak edəcək", - o vurğulayıb.

Lixaçov əlavə edib ki, Zaporojye AES ətrafındakı vəziyyət tərəflərin həm geniş, həm də dar formatda müzakirə edəcəkləri ilk məsələ olacaq.

Qeyd edək ki, noyabrın 9-dan 20-dək Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin illik Konfransı (COP31) keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam