Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Buraxılış imtahanı keçirildi -AÇIQLAMA

11-ci siniflərin buraxılış imtahanı keçirildi


Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:30-da DİM-in Yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam