Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat -DETALLAR

İzmirin Torbalı rayonunda bir məktəbdə hücum planlaşdırdığı iddia edilən 8 şagird jandarma qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Yenixeberorg.com xəbər verir ki, Torbalı rayonundakı Özəl İzmir Pancar O.S.B. Peşə və Texniki Anadolu Liseyində təhsil alan bir qrup şagirdin öz aralarında yaratdıqları mesajlaşma qrupunda terror aktı planlaşdırdıqları müəyyən edilib. "12/A Aviyonik" adlı 20 nəfərlik "WhatsApp" qrupunda yazışan şagirdlərin, son günlərdə Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarına bənzər bir aksiya üzərində detallı müzakirələr apardıqları bəlli olub.

Əldə edilən məlumatlar əsasında hərəkətə keçən jandarma qrupları müəyyən olunmuş ünvanlara eyni vaxtda əməliyyat təşkil edib. Əməliyyat nəticəsində mesajlaşma qrupunda yer alan və hücum hazırlığında olduğu iddia edilən T.Y., A.K., A.E.Ö., E.K., R.D., F.G., Ç.S. və A.Ç. yaxalanaraq nəzarətə götürülüb. Şübhəlilərin evlərində və rəqəmsal daşıyıcılarında aparılan axtarışlar zamanı əldə edilən sübutlar ekspertizaya göndərilib.

Saxlanılan 12-ci sinif şagirdlərinin Rayon Jandarma Komandanlığındakı dindirilmələri davam edir. Respublika Prokurorunun göstərişi ilə hadisə ilə bağlı başladılan genişmiqyaslı araşdırmalar sürdürülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam