Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində görülən birgə işlər müzakirə edilib-FOTO

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeberorg.com: Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K. Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, bu əlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də inkişafının vacibliyini qeyd edib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor T. Canbolat hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam