Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək-FOTO

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Soheyl Mahmud Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media ilə bağlı üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə baş katib "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Baş katib qeyd edib ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

"Hörmətli Prezident İlham Əliyevin baxışı və sadiqliyi ilə idarə olunan Azərbaycanın D-8 prosesində fəal roluna görə dərin minnətdarlığımı bildirdim. 2025-ci ildə Azərbaycan bir sıra yüksək səviyyəli tədbirlər keçirib, bununla da təşkilatın ümumi işinə əlavə təkan verib. Həmçinin Azərbaycanın energetika və iqlim, nəqliyyat əməkdaşlığı, eləcə də media ilə bağlı üç qabaqcıl təcrübə mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür etdim. D-8-in institusional arxitekturasını gücləndirməklə yanaşı, təklif olunan mərkəzlər üzv dövlətlər arasında əsas sahələrdə sektoral əməkdaşlığın inkişafına kömək edəcək", - o yazıb.

Mahmudun sözlərinə görə, Ceyhun Bayramov Azərbaycanın D-8-ə sadiqliyini təsdiqləyərək, onu ölkənin xarici siyasətində prioritet adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam