Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, bu həftə Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə daha bir tarixi an yaşanıb.

"Azərbaycan Baş nazirinin müavini Ermənistana səfər edib, burada iki ölkənin - Azərbaycan və Ermənistanın hökumətlər səviyyəsində gündəliyin müxtəlif bəndləri, o cümlədən iqtisadi və ticarət münasibətləri, siyasi dialoq, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası müzakirə olunub - necə ki bu, qonşu ölkələr arasında adətən baş verir", - Hacıyev deyib.

O, həmçinin əlavə edib ki, Ermənistana ayrı-ayrı malların tədarükü iki ölkə arasındakı münasibətlərdə yeni normaya çevrilir:

"Bu həm də Ermənistanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və ümumi rifahına kömək edir. Biz ayrı-ayrı malların idxalı imkanını nəzərdən keçiririk və iki ölkənin biznes icmaları artıq birgə fəaliyyət göstərirlər".

H.Hacıyev vurğulayıb ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin daha geniş mənada həlli, xüsusən də Cənubi Qafqaz regionunda yeni gərginlik ocaqlarının yaranmasını nəzərə alaraq, hər iki ölkənin təhlükəsizliyini təmin edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam