Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Ukrayna dronu Moskvada yaşayış binasına düşüb

Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasına düşüb.

Yenixeberorg.com: Ukrayna pilotsuz uçuş aparatının vurduğu bina Rusiya paytaxtının Ramenski rayonunun Mosfilmskaya ev 8 ünvanında yerləşir.

Dünən gecə saat 1 radələrində Ukrayna pilotsuz uçuş aparatı 52 mərtəbəli "Mosfilmskiy" Yaşayış Kompleksinə düşüb. Moskva meri Sergey Sobyanin Ukrayna dronun binanın 36-cı mərtəbəsində düşdüyünü və həmin mərtəbənin tamamilə dağıldığını bildirib.

İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, güclü partlayış səsi eşidilib.

Dronun vurduğu bina mühasirəyə alınıb. Əraziyə hüquq-mühafizə orqanları və fövqəladə hallar nazirliyinin xilasediciləri cəlb olunub. Binanın əhalisi təxliyə olunub.

Rusiya Müdafiə Nazirliyi dünən ölkə ərazisində ümumilikdə 117 Ukrayna dronunun vurulduğunu açıqlayıb.

Moskva ərazisinə düşən dronun hava hücumundan müdafiə sistemlərinin hədəfindən yan keçdiyi və birbaşa çox mərtəbəli yaşayış binasında çırpıldığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam