Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Nazir prorektoru vəzifədən azad etdi

azadrehimov12

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı vəzifəsindən azad edilib.
Xeberinfo.com:  Məlumata görə, gənclər və idman naziri Azad Rəhimov bununla bağlı əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumatı AzNews.az-a təsdiqləyib. Bildirib ki, Y.Babanlı akademiyada aparılan struktur dəyişikliyi ilə əlaqədar vəzifədən kənarlaşdırılıb: “Ölkədə hal hazırda optimallaşma siyasəti aparılır. Bunu nəzərə alaraq təhsil ocaqlarında da dəyişikliklər aparılır. Dəyişikliklər nəticəsində akademiyada prorektorların sayının azaldılmasına başlanılıb. Y.Babanlı da buna görə prorektorluqdan uzaqlaşdırılıb”.
S.Məmmədov onu da bildirib ki, Y.Babanlı nazirin əmri ilə digər vəzifəyə təyinat alıb:“Keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə o, rektorun müşaviri vəzifəsinə təyinat alıb. Lakin səlahiyyətləri eyni qalıb, heç bir dəyişiklik yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam