Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

İraq Hörmüz boğazından neftin tranzitinə görə əhəmiyyətli endirimlər təklif edib

İraq Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda alıcıları cəlb etmək üçün neft qiymətlərini kəskin şəkildə aşağı salıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, İraqın "State Oil Marketing Organization" dövlət şirkəti may ayına olan tədarüklər üçün uzunmüddətli alıcılara əhəmiyyətli endirimlər təklif edib.

"Basrah Heavy" markalı neftin bir bareli mayın 1-dən 10-dək yüklənən partiyalar üçün 33,4 ABŞ dollarına qədər endirimlə təklif olunur. Bu müddətdən sonra endirim təxminən 26 ABŞ dollarına qədər azalır.

"Basrah Medium" markalı neft də rəsmi satış qiymətindən təxminən 30 dollar aşağı qiymətə təklif olunur.

Eyni zamanda sövdələşmə şərtlərində göstərilib ki, alıcılar nefti artıq Hörmüz boğazından keçdikdən sonra - Fars körfəzində qəbul etməlidirlər.

Bu bənd regionda gərginliyin kəskinləşməsi fonunda dəniz daşımaları ilə bağlı artan riskləri əks etdirir.

Bildirişdə həmçinin vurğulanır ki, qiymət şərtləri mövcud xüsusi şərait nəzərə alınmaqla formalaşdırılıb, bu halda fors-major müddəaları tətbiq olunmayacaq.

Agentlik qeyd edir ki, faktiki olaraq bu, müqavilələrin icrası və mümkün geosiyasi risklərlə əlaqədar məsuliyyəti alıcıların üzərinə qoyur.

Bazar iştirakçıları endirmləri Bağdadın tədarükdə fasilələlərin yaranması ilə bağlı narahatlıqları fonunda ixrac həcmlərini qorumaq cəhdi kimi qiymətləndirirlər. Eyni zamanda Hörmüz boğazından məcburi tranzit sövdələşmələrdə iştirak etmək istəyənlərin sayını məhdudlaşdıra bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam