Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Paşinyan: Ermənistan Ukrayna məsələsində Rusiya ilə müttəfiq deyil

Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil.

Yenixeberorg.com: "Armenpress"in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfəri və bununla bağlı səsləndirilən tənqidlərlə bağlı sualı cavablandırarkən deyib.

“Ukrayna Prezidentinin səfərinə gəlincə, mən əvvəllər də bu mövzuda açıqlamalar vermişəm. Biz Ukraynaya humanitar yardım göndərmişik və mən Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığımızı demişəm”, - Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, Alma-Ata Bəyannaməsi Ermənistan üçün fundamental əhəmiyyət kəsb edir və İrəvan da bunun əsasında Azərbaycanla sülh prosesi qurur: “Alma-Ata Bəyannaməsinin bizim üçün nə qədər vacib və fundamental olduğunu bilirsiniz və biz bu bəyannaməyə əsaslanırıq və Azərbaycanla bu təməl üzərində sülh qururuq. Və bu, bizim prinsipial mövqeyimizdir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam