Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Bakı Limanı bu il konteyner aşırmalarını 10%-dən çox artıracaq

Azərbaycan Dəmir Yolları”nın Bakı Beynəlxalq Dəniz Limanı bu il 120 min TEU (Twenty-foot Equivalent Unit - iyirmifutluq ekvivalent standartı) konteyner aşırmağı planlaşdırır (illik müqayisədə 12% artım).

Yenixeberorg.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov bildirib.

“İlin ilk dörd ayının göstəricilərinə əsasən hədəflərimiz kifayət qədər yüksəkdir. Hazırda operativ məlumatlar hesablanır. Göstəricilər ötən ilin eyni dövrü ilə demək olar ki, eynidir, hətta bir qədər də yüksəkdir.

Bu il konteyner daşımaları sahəsində yük aşırma imkanlarımızın ötən il qeydə alınan 107 min TEU-dan 120 min TEU-ya çatdırılması nəzərdə tutulur”, - deyə Eldar Salahov qeyd edib.

Onun sözlərinə görə, planlara əsasən, limanın inkişafının birinci mərhələsi çərçivəsində illik konteyner aşırma gücünün hazırkı 150 min TEU-dan 260 min TEU-yə qədər artırılması nəzərdə tutulur. Bu məqsədə çatmaq üçün müvafiq işlər həyata keçirilir.

“Bakı Limanının hazırda konteyner daşımaları üzrə texniki imkanı 150 min TEU təşkil edir. Biz artıq müəyyən investisiya fəaliyyətinə başlamışıq, müvafiq avadanlıqların alınması, liman və çeşidləmə stansiyasının imkanlarının artırılması istiqamətində əhəmiyyətli işlər görürük. Həmçinin dəniz dibinin dərinləşdirilməsi məsələsi də var", - deyə Eldar Salahov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam