Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub

Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub.

Yenixeberorg.com xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Tədqiqat və Analitika Bölməsinin nümayəndəsi Matthijs van Oostrum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, milli mənzil siyasətlərinin əksəriyyəti ilk növbədə mənzil qiymətlərinin münasibliyi (əlçatanlığı) ilə bağlıdır: "Və bu, qlobal mənzil böhranının tez-tez necə ifadə edildiyi barədə bildiklərimizlə üst-üstə düşür. Bu, çox vaxt ilk növbədə mənzil əlçatanlığı problemi kimi görülür, lakin əlbəttə ki, lazımi mənzil təminatının bir çox aspektlərinin olduğunu da unutmamalıyıq. Mədəni cəhətdən uyğunluq, yerləşmə yeri kimi məsələlər yaxşı həll olunmur.

Milli şəhərsalma siyasətlərində yerləşmə yeri faktorunun əslində çox yaxşı əks olunduğunu görürsünüz, elə deyilmi? Şəhərsalma nöqteyi-nəzərindən yanaşsanız, bu yerləşmə yeri faktoru ön plana çıxır. Lakin, xüsusi milli mənzil siyasətlərinə baxsanız, bu yerləşmə yeri aspektinin heç də yaxşı inteqrasiya olunmadığını görərsiniz. Beləliklə, bu, həm də ölkələrin öz milli şəhərsalma siyasətlərini və milli mənzil siyasətlərini götürüb onları daha yaxşı inteqrasiya etmələri və proseslərinin bir-birinə uyğunlaşdırılmasını təmin etmələri üçün bir arqumentdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam