Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Hikmət Hacıyev: Beynəlxalq tədbirlər keçiriləndə Azərbaycana qarşı qarayaxma kampaniyalarına start verilir

Azərbaycana qarşı kampaniyaların sayı azalıb.

Yenixeberorg.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. Bunun əsas səbəblərindən biri həmin qrupların maddi resurslarının azalması və onları maliyyələşdirən dairələrin sayının əvvəlki qədər olmamasıdır. Bəzi beynəlxalq qurumlar və təşkilatlar, o cümlədən müxtəlif siyasi dairələr tərəfindən Azərbaycana qarşı qərəzli yanaşmalar sərgilənsə də, biz bunlara xüsusi əhəmiyyət vermirik. Azərbaycanın müstəqil siyasəti, beynəlxalq nüfuzu və dünya ictimaiyyətində qazandığı hörmət göz önündədir. Bu gün Azərbaycan dünyanın mühüm diplomatik mərkəzlərindən biri kimi çıxış edir və qlobal əhəmiyyətli məsələlər məhz Bakıda müzakirə olunur. Forumda iştirak edən auditoriyanın genişliyi və müzakirələrin məzmunu da bunu bir daha təsdiqləyir”, - Hikmət Hacıyev qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam