Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Mikayıl Cabbarov: "Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"

Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" - başqa sözlə "kölgə iqtisadiyyatı"nın azaldılması hesabına əldə olunan gəlirlərin məbləği real ifadədə üç dəfədən çox artıb.

Yenixebeorg.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı" adlı dialoq sessiyada bildirib.

"Vaxtilə insanlar sosial müdafiə sistemindən kənarda qalırdı, əməkhaqqını nağd şəkildə alırdı və dövlət həmin fəaliyyətlərdən heç bir vergi və ya sosial ödəniş əldə etmirdi. İslahatlar nəticəsində insanlar sosial təminat sisteminə inteqrasiya olunur, sosial sığorta ödənişlərindən daxil olan vəsaitlərin bir hissəsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin mənzil təminatına yönəldilir. Beləliklə, bu proses həm cəmiyyətin dəstəyini təmin edir, həm də dövlət üçün dayanıqlı maliyyə mexanizmi yaradır", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, hökumətin yanaşması balanslı olub: "Bir tərəfdən vətəndaşların hüquqları və sosial ehtiyacları nəzərə alınır, digər tərəfdən isə hüquqi intizamın gücləndirilməsi, standartlara uyğun və məsuliyyətli torpaq idarəçiliyi təmin edilir. Siyasətçilər və hökumətlər belə bir dilemma ilə üzləşirlər. Məhz bu səbəbdən Azərbaycan 2019–2025-ci illəri əhatə edən xüsusi hədəf proqramı müəyyən edib. Həmin proqram çərçivəsində qeyri-rəsmi məşğulluğun və yaşayış sahələrinin leqallaşdırılması prosesi həyata keçirilib. Məqsəd isə eyni problemin həlli üçün əlavə maliyyə mənbələri formalaşdırmaqdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam