Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb -Yaralılar var

Ukrayna ordusu Novorossiyskə dron zərbəsi endirib.

Yenixeberorg.com xəbər verir ki, şəhər meri Andrey Kravçenkonun “Telegram”da verdiyi məlumata görə, hücum nəticəsində neft terminalında yanğın baş verib və iki nəfər yaralanıb.

“PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib. Bir neçə texniki və inzibati bina alovlanıb. Dron qəlpələri yanacaq terminalının ərazisinə düşüb”, - o qeyd edib.

Qeyd edək ki, Rusiyanın xam neft ixracının təxminən beşdə biri Novorossiyskin payına düşür və bu bölgə ölkənin Qara dənizdəki ən böyük ixrac mərkəzi hesab olunur.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Hava Hücumundan Müdafiə sistemləri gecə Ukraynaya məxsus ümumilikdə 348 dronu zərərsizləşdirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam