Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

"Axalkalaki–Qars dəmir yolu Ermənistanın ixrac və idxalı üçün açılıb"

Paşinyan: Axalkalaki–Qars dəmir yolu Ermənistanın ixrac və idxalı üçün açılıb
Ermənistan Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.
Yenixeberorg.com: Nikol Paşinyan bu barədə sosial şəbəkədə paylaşım edib.
“Sevinclə elan edirəm ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir”, - deyə Ermənistan Baş naziri vurğulayıb.
Nikol Paşinyan qeyd edib ki, hazırda Ermənistanın Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya ilə, Rusiya və Qazaxıstan vasitəsilə Çinlə, bundan sonra isə Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi mövcuddur: “Yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə Ermənistan–İran dəmir yolunun açılması gözlənilir. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində biz yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam