Redaktor seçimi
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Günün xəbəri

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

Azərbaycanda erkən nikahların sayı əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb.

Yenixeberorg.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Tamilla Əliyeva Dost tv-nin efirində deyib.

Onun sözlərinə görə, bu statistika evliliyə müraciətlə bağlı qeydiyyat şöbələrindən və 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayına əsaslanır:

"Dövlət Statistika Komitəsinin məlumatına görə, məsələn, 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq, 2023-cü ildə 1742, 2024-cü ildə isə 1279-a qədər azalıb. Əvvəlki illərdə biz təxminən 4 000 rəqəmini də görə bilirdik. Düzdür, yenə bu hallara rast gəlinir. Tam qarşısının alınması istiqamətində əlavə tədbirlər görülür".

Komitə rəsmisi qeyd edib ki, artıq cəmiyyətdə erkən nikahlara qarşı mənfi münasibət var və belə hallarda aidiyyəti qurumlara müraciətlər daxil olur:

"Bütün məsələləri dövlətin üzərinə qoymaq lazım deyil. Hər bir vətəndaşın bu prosesdə iştirakı çox vacibdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam