Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar

Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
"Husilər ağıllı davranaraq bütün münaqişə boyunca kənarda qalmışdılar. İndi isə görünür ki, İran onları bu məsələyə cəlb edib.”

Yenixeberorg.com: Bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Rubionun sözlərinə görə, husilər hazırda Səudiyyə Ərəbistanını və ona məxsus gəmiləri hədəfə alırlar: "Onlar Səudiyyə Ərəbistanını, eləcə də onun gəmilərini hədəfə alırlar", - ABŞ dövlət katibi vurğulayıb.

Rubio qeyd edib ki, bir neçə saat əvvəl yayılan məlumatlarda Çin bayrağı altında üzən, Səudiyyə Ərəbistanına məxsus yanacaq gəmisindən bəhs olunurdu.

"Bu, Çin gəmisidir. Əgər onu da vuracaqlarsa, bu, artıq Çin üçün problemə çevriləcək. Bu, bütün dünya üçün problem olacaq", - deyə o bildirib.
ABŞ dövlət katibi vəziyyətin deeskalasiya olunacağına və husilərin bu addımlardan imtina edəcəyinə ümid etdiyini bildirib.

"Onlar kənarda qalmaqla düzgün addım atmışdılar. Elə kənarda da qalmalı və bu hərəkətləri dayandırmalıdırlar", - Rubio deyib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam