Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib -Ölənlər var

Rusiya ordusunun Ukraynada müdafiə təyinatlı məhsulların sərgiləndiyi poliqona endirdiyi zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir.

Yenixeberorg.com xəbər verir ki, bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib.

Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib.

“Təəssüf ki, həlak olanlar və dağıntılar var. Bütün bunlar rəsmi açıqlamalarda öz əksini tapacaq”, – Borovik bildirib.

Ukraynanın keçmiş müdafiə nazirinin müşaviri və könüllü Sergey Sternenko isə ehtimal edib ki, söhbət bu gün Kiyev vilayətinə endirilən ballistik raket zərbəsindən gedir.

Qeyd edək ki, iyulun 24-də Rusiya ordusu Kiyev və Kiyev vilayətinə ballistik raketlərlə hücum edib. Kiyev meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. Daha sonra paytaxtın Svyatoşin rayonuna təcili tibbi yardım briqadalarının cəlb olunduğu açıqlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam