Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Serbiya İspaniyaya yanğınlarla mübarizə üçün yardım göndərib

Serbiya İspaniyada davam edən meşə yanğınları söndürməyə kömək məqsədilə bu ölkəyə helikopter və xilasetmə qrupu göndərib.

Yenixeberorg.com xəbər verir ki, Serbiyadan helikopter və yanğınsöndürən-xilasedicilərdən ibarət bir neçə yanğınsöndürmə avtomobili İspaniyada günlərdir davam edən meşə yanğınlarının söndürülməsinə kömək üçün bu ölkəyə yola düşür.

Serbiyaya məxsus helikopter İspaniyada ən kritik ərazilərdə, ilk növbədə Avila, Madrid, Toledo və Kastelyon əyalətlərində yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunacaq.

Yanğınsöndürən maşınlar və onların heyətləri də bölgəyə çatdıqdan sonra bu əməliyyatlara qoşulacaqlar.

Serbiyanın göndərdiyi yardım artıq Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində Madridə göstərilən dəstəyin davamıdır. Həmin mexanizm vasitəsilə Yunanıstan, İtaliya, Portuqaliya və Türkiyə də İspaniyaya yardım göstərib.

Qeyd edək ki, paytaxt Madridin qərbində davam edən güclü meşə yanğınları səbəbindən İspaniyada altı gündür fövqəladə vəziyyət elan edilib. Avropada müşahidə edilən anomal istilər səbəbilə baş verən yanğın artıq 27 min hektardan çox əraziyə təsir edib. Yerli rəsmilər xəbərdarlıq ediblər ki, region "tarixinin ən dəhşətli yanğınları" ilə üz-üzədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam