Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyadakı "Lukoyl-Volqoqradneftepererabotka" neft emalı zavodunun (NEZ) vurulduğunu bəyan edib.
Yenixeberorg.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti öz teleqram kanalında məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat çərçivəsində müvəqqəti işğal olunmuş Krımdakı Yevpatoriya aviasiya zavoduna və Rusiyanın Krasnodar diyarındakı Taman limanının infrastrukturuna da zərbələr endirilib.









AZ
RU