Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb-FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlayıb.

Yenixeberorg.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Laborator müayinələrin nəticələrinə əsasən, "Saffren dietary supplement" (istehsal tarixi: 01.02.2025, son istifadə tarixi: 01.02.2028) və "Spirulina" (istehsal tarixi: 10.01.2025, son istifadə tarixi: 09.01.2028) adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin uyğunsuz məhsulların ixracının dayandırılması məqsədilə Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət ünvanlanıb.

AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən əldə etməyi və məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam