Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib.

Yenixeberorg.com xəbər verir ki, Rusiya hərbçiləri qazma qurğusunda quraşdırılmış avadanlıqdan zərbə dronlarını idarə etmək, eləcə də Ukraynanın cənub şəhərlərinə endirilən zərbələri tuşlamaq və tənzimləmək üçün istifadə ediblər.

HDQ-nin məlumatına görə, qurğuda yerləşdirilmiş kəşfiyyat vasitələrinin köməyi ilə Rusiya qüvvələri həmçinin Ukrayna pilotsuz aparatlarının və heyətsiz katerlərinin hərəkətini aşkar edirdilər.

Bundan əlavə, məlumatda qeyd olunub ki, qazma qurğusu Rusiya xüsusi təyinatlı bölmələrinin və silahlarının, o cümlədən Ukrayna pilotsuz aparatlarına və heyətsiz katerlərinə qarşı mübarizə aparmaq üçün daşınan raket komplekslərinin və digər texnikanın yerləşdirilməsi məqsədilə istifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam