Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb-FOTO

Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb.
Yenixeberorg.com-un məlumatına görə, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib.
Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, dörd nəfər ölüb, bir nəfər xəsarət alıb.









AZ
RU