Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Yenixeberorg.com: Bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.









AZ
RU