Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Ukrayna qüvvələri avqustun 22-də Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk neftdaşıma kompleksinin yanacaq-sürtkü materialları rezervuarlarını vurub.
Yenixeberorg.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.
Zərbədən sonra obyektin ərazisində yanğın baş verib. Dəyən ziyanın miqyası dəqiqləşdirilir.









AZ
RU