Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ sentyabrın 29-dan bir sıra Kanada mallarının tədarükünü qadağan edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan etibarən bəzi spirtli içki, süd məhsulları və motosiklet növləri də daxil olmaqla, Kanada mallarının bir hissəsinin Birləşmiş Ştatlara tədarükünü qadağan etmək barədə qərar qəbul edib.

Yenixeberorg.com xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə bildirilib.

Qeyd olunub ki, tədbirlər Kanada tərəfinin ticarət sahəsindəki "ayrı-seçkilik" səbəbindən qəbul edilib.

Bundan əlavə, ABŞ barəsində 50% həcmində rüsumların tətbiq ediləcəyi Kanada məhsullarının adları siyahısını genişləndirib. Bu tədbirlər sentyabrın 15-də qüvvəyə minəcək. Sözügedən siyahıya bəzi alüminium və polad məmulatları, həmçinin mebel və kağız daxil edilib. Sement və texniki duz siyahıdan çıxarılıb.

Tramp daha əvvəl, sentyabrın 8-də ABŞ-nin aidiyyəti qurumlarına Kanada məhsullarını ildə 50 milyard dollarlıq dövlət satınalmaları planlarından xaric etməyi tapşırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam