Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev iş yükündən narazı olan kimsəni məktəb direktoru işləməyə məcbur etmədiklərini deyib.

Yenixeberorg.biz-in məlumatına görə, o, təhsil işçilərinin sentyabr konfransında bildirib ki, məktəb direktoru vəzifəsini qəbul edən şəxs bu işin məsuliyyətini də üzərinə götürməlidir:

"Biz kimisə məktəb direktoru işləməyə məcbur etməmişik. Onlar bu peşəni könüllü seçib. Mən məktəb direktorlarını anlayıram. 2500 şagirdi olan bir məktəbin direktoru olmaq, təxminən, 2000 uşağın, yəni 2000 ailənin gəldiyi bir məktəbin rəhbəri olmaq heç də asan iş deyil. Bu, birmənalı olaraq çətin işdir. Amma siz bu işi görməyə qərar vermisinizsə, şikayət etməyin bir mənası yoxdur. Kömək, dəstək istəyə bilərsiniz, birlikdə işləyə bilərik. Ona görə də məktəb rəhbərliyinin bu məsələyə çox ciddi yanaşmalarını istəyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam