Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hakim tərəfindən təkbaşına baxılacaq apellyasiya şikayətləri müəyyənləşir

İşi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq.

Yenixeberorg.biz-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki və İnzibati Prosessual məcəllələrə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəmələrində 3 hakimdən ibarət tərkibdə baxılır. Təklif edilən dəyişikliklər fonunda məhkəmələrdəki iş yükünün həddən artıq çoxluğunu nəzərə alıb işi mahiyyəti üzrə həll etməyən qərardadlara, həmçinin kiçik iddialara dair işlər üzrə qətnamələrə apelyasiya icraatında hakim tərəfindən təkbaşına baxılması, bir tərəfdən vaxta qənaət prinsipi ilə uzlaşaraq hakimlərin vaxtdan daha səmərəli istifadə etmələrinə imkan yaradır, digər tərəfdən məhkəmələrin təcili münasibət bildirilməsi lazım olan məsələləri daha çevik və operativ formada həll etməsinə şərait yaratmış olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam