Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnamə qəbul edib.

Yenixeberorg.biz-in məlumatına görə, qanunverici orqanın aşağı palatasında keçirilən səsvermə C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının 220 üzvü qətnamənin lehinə səs verib. 204 qanunverici isə əleyhinə çıxıb. Beləliklə, qətnamə qəbul edilib.

Qətnamənin hüquqi qüvvəsi yoxdur və tövsiyə xarakteri daşıyır. Belə sənədlərlə qanunvericilər öz mövqelərini ifadə edirlər. Lakin ABŞ-ın icra hakimiyyəti belə qətnamələri nəzərə almamaq hüququna malikdir.

ABŞ Konstitusiyası müharibə elan etmək səlahiyyətini prezidentə deyil, Konqresə verir. Bununla belə, son onilliklərdə ABŞ prezidentləri qanunvericilər tərəfindən xaricdə hərbi gücdən istifadəyə verilən icazələri geniş şəkildə şərh ediblər və bu icazələrdən faktiki olaraq yeni hərbi əməliyyatlara başlamaq üçün də istifadə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam