Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Hikmət Hacıyev: Qarabağda və digər bölgələrdə Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür

"Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür".

Yenixeberorg.biz xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı ilə bağlı "X" hesabındakı paylaşımda qeyd edib.


“Qafqaz Albaniyasının qədim dövləti və onun zəngin xristian irsi haqqında danışdım. Bu irsin davamlı və xüsusilə əhəmiyyətli izlərini Qarabağda və Azərbaycanın digər bölgələrində görmək mümkündür.

Azərbaycanın əsrlər boyu davam edən multikulturalizm və dini birgəyaşayış ənənələrini, eləcə də ölkəmizin mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsi qorumaq, mühafizə etmək və bərpa etmək öhdəliyini vurğuladım.

Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinə qarşı həyata keçirilmiş genişmiqyaslı dağıntılar, təhqirlər və dəyişikliklər barədə danışdım. Tarixi həqiqətlərin qorunmasının və mədəni irsin gələcək nəsillər üçün saxlanılmasının vacibliyini qeyd etdim.

Gürcüstanın xarici işlər naziri, BƏƏ-nin iqtisadiyyat və turizm naziri ilə birgə iştirak etdiyim panelə “Euronews”un baş icraçı direktoru moderatorluq etdi", - Hikmət Hacıyev vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam