Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Azərbaycan və Gürcüstan arasında investisiya əməkdaşlığı müzakirə olunub

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın İnvestisiya Agentliyinin baş direktoru Mixeil Xidureli ilə görüşüb.

Yenixeberorg.biz xəbər verir ki, oktyabrın 8-də keçirilən görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi və investisiya əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın uzun illər ərzində Gürcüstan iqtisadiyyatına ən iri sərmayə yatıran ölkələrdən biri olduğu vurğulanıb. Tərəflər Gürcüstanın investisiya mühiti, mövcud imkanlar və qarşılıqlı investisiyaların artırılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və həyata keçirilməsi, həmçinin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi istiqamətində mövcud imkanlar nəzərdən keçirilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam