Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

DTX Masazırda dörd avtomobili yandıran şəxsləri həbs edib

DTX Masazırda dörd avtomobili yandıran şəxsləri həbs edib
Abşeron rayonunda oktyabrın 10-da dörd avtomobili yandıran şəxslər tutulub.

Yenixeberorg.az: Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında hadisənin sifarişçiləri və icraçıları var.
Onlar DTX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib və tutulublar.

Tutulan şəxslərin adı və hadisənin motivləri hələlik açıqlanmır.

Onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, oktyabrın 10-da Masazır qəsəbəsi ərazisində dörd avtomobil yanması barədə xəbər və video yayılıb.

Yanğın nəticəsində “Mercedes”, “Lada”, “Hyundai”, “Renault” markalı minik avtomobilləri tamam yanıb.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam