Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb

Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb.
Yenixeberorg.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla görüşü ilə bağlı sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, İranla Rusiya arasında münasibətlər, iqtisadi və nüvə sahələrində əməkdaşlıq görünməmiş səviyyədədir:
"Biz Avropadan Qərbi Asiyayadək, o cümlədən Livan, Fələstin, Ukrayna və Yəmən də daxil olmaqla, geniş spektrli məsələləri müzakirə etdik. Həmçinin iqtisadi və nüvə sahələrində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirdik".
Qeyd edək ki, Sergey Lavrov oktyabrın 19-da Tehrana gedib. O, İran Prezidenti Məsud Pezeşkianla da görüşüb, müzakirələr aparıb.








AZ
RU