Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb.

Yenixeberorg.az xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahim əl-Haşimi bildirib.

Onun sözlərinə görə, İran beynəlxalq dəniz nəqliyyatı qaydalarına əməl etməli və Hörmüz boğazını açmalıdır. XİN nümayəndəsi İranın hücumlarını məsuliyyətsiz adlandırıb və onların regiona və onun sakinlərinə zərər vurduğunu bildirib.

Əl-Haşimi ABŞ və İran arasındakı böhranın ən qısa zamanda sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məsələnin danışıqlar masası arxasında həlli regionun təhlükəsizliyini və sabitliyini qoruyub saxlamağın yeganə yoludur.

O əlavə edib ki, son günlər Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-nin XİN başçıları ilə vəziyyəti müzakirə edib və gəmiçilik azadlığının təmin olunması üzrə diplomatik səyləri dəstəklədiyini bir daha təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam