Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib-VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi və yüksək səviyyəli qonaqların iştirakı ilə "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Yenixeberorg.az: Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin məqsədi, mərhələləri, eləcə də iştirakçı qüvvələr və vasitələr barədə ətraflı məlumat verilib.

Məruzə olunub ki, "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində əsas diqqət ölkələr arasında hərbi əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə, Hərbi Hava Qüvvələrimiz arasında qarşılıqlı uzlaşma və birgə fəaliyyət qabiliyyətinin artırılmasına, hava əməliyyatlarının planlaşdırılması və əlaqələndirilməsinin təkmilləşdirilməsinə, eləcə də iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına yönəldilib.

Təlimə Azərbaycan Ordusundan 3 hava hücumundan müdafiə sistemi, 2 radioelektron mübarizə və 20 aviasiya vasitəsi, həmçinin BƏƏ-dən 6 döyüş və 1 nəqliyyat təyyarəsi, 3 helikopter olmaqla ümumilikdə hər iki ölkədən 600-dən çox hərbi qulluqçu cəlb edilib.

Sonra "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçıları təlimin gedişatını, eləcə də aviasiya vasitələrinin hər iki ölkənin dövlət bayraqları ilə nümayiş keçidini izləyiblər.

Qeyd edək ki, oktyabrın 12-dən etibarən müdafiə və hücum xarakterli hava əməliyyatları, eləcə də döyüş şəraitində axtarış-xilasetmə tapşırıqlarının icra olunduğu "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimində hərbi qulluqçuların nümayiş etdirdiyi peşəkarlıq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

Sonda qonaqlar təlimdə cəlb olunan aviasiya vasitələri ilə tanış olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam