Redaktor seçimi
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Günün xəbəri

Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklikləri birinci oxunuşda qəbul edib

Milli Məclis Cinayət və İnzibati Xətalar məcəllələrinə çoxsaylı əlavə və dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Yenixeberorg.az xəbər verir ki, sənəd parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilərək Cinayət Məcəlləsinin "Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə" adlı 306-cı maddəsində nəzərdə tutulmuş əmələ görə də cinayət məsuliyyətinin müəyyən edilməsi təklif edilir. Hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsində nisbətən yeni institut olduğundan zaman-zaman həmin münasibətləri tənzimləyən normalara müəyyən dəyişikliklər edilməsi zəruri olur. Hüquqi şəxslərin hüquqi münasibətlərin iştirakçıları kimi aktivliklərinin artması, çoxsaylı məhkəmə aktları ilə hüquqi şəxslərin üzərinə öhdəliklərin qoyulması və məhkəmə aktlarının icrasının önəmi bu dəyişiklikləri zəruri edir.

Bundan başqa, Cinayət Məcəlləsinin 189-1-ci və 314-4-cü maddələrinə təkmilləşmə xarakterli, xüsusilə də müvafiq cinayət əməllərinin subyektlərinin dəqiqləşdirilməsi yönündə dəyişikliklər təklif edilir.

Layihədə təklif edilən digər dəyişikliklər İnzibati Xətalar Məcəlləsi ilə əlaqədardır. Bu dəyişikliklərin bir qismi İnzibati Xətalar Məcəlləsinin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan, sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan, rabitə qaydaları əleyhinə olan, iqtisadi fəaliyyət qaydaları əleyhinə olan, idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəsillərində təkmilləşmə və digər qanun layihələrindən irəlgi ələn uyğunlaşdırma xarakterli dəyişiklikləri nəzərdə tutur (pulsuz hüquqi yardımın göstərilməsi, ekspert fəaliyyəti, icazə tələb olunan əşyalar və ya fəaliyyət növləri ilə əlaqədar uyğunlaşdırma xarakterli dəyişikliklər).

Məlum olduğu kimi, bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilir və bu zaman icraatın aparılması qaydası ənənəvi icraatın aparılmasından fərqli qaydada həyata keçirilir.

Qeyd edilib ki, hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı (nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsi) və 428.5-ci (müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddələrinin də həmin hallar sırasına daxil edilməsi təklif edilir.

Korrupsiya ilə mübarizənin əhəmiyyəti nəzərə alınaraq "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu layihədən irəli gələn, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə də müvafiq əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranıb.

Bundan əlavə, "Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi məqsədilə təqdim edilməməsi", "Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulması", "Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyin pozulması", "Pulsuz hüquqi yardımın göstərilməsi qaydalarının pozulması" kimi yeni inzibati xəta tərkibləri, həmin inzibati xətaların aidiyyəti, həmçinin prokuror nəzarəti layihədə öz əksini tapıb.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam