Redaktor seçimi
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
Günün xəbəri

Lerikin İcra Hakimiyyəti “ELNUR-2” şirkəti hələ də işbirliyindədi –Hesablama Palatasının aşkarladığı pozuntulara baxmayaraq

lerik-başçı

Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair apardığı analitik təhlili vu günlərdə mediada yayıldı.

Yenixeberorg.az: Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

“Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmamış, qüsur aktları əsasən vizual baxışla tərtib edilib. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırılıb.

Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilib. Yolun uzununa və eninə profilləri, maililik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmayıb.

Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-maililiklərin yaranması riskləri meydana çıxıb. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaradıb.”

Hesablama Palatasının açıqladığı təhlildən də göründüyü kimi rayonlarda yolların əsaslı təmiri normalara və texniki şərtlərə uyğun aparılmır və nəticədə büdcə vəsaitlərinin səmərəli istifadə ounmadığına gətirib çıxarıb.

Aktualinfo Hesablama Palatası tərəfindən adları açıqlanan rayonlardan birinin, Lerik rayon İcra Hakimiyyətinin son illər sözügedən rayonda və Lerik şəhərində daxili avtomobil yollarının əsaslı təmir işləri ətrafında araşdırma aparıb.

Lerik rayon İcra Hakimiyyəti tərəfindən Lerik şəhərinin daxili avtomobil yollarının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderə 14.10.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib və tərəflər arasında 595.372,48 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 23.10.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə şirkət ilin sonundək Lerik şəhərində Arif Nuriyev, Həzi Aslanov, Camal Şahiyev, Məmmədhüseyn Əliyev, Rövşən Abdullayev, Şirəli Müslümov, Elnur Əsədullayev, Ərdəbil, Mövlanov Qardaşları, Əmrah Əkbərov, Nəriman Nərimanov, İsmayıl Yaqubov, Mirzə Fətəli Axundov küçələrində, Cəngəmiran kənd yolunda əsaslı təmir işləri aparmalıdır.

Qeyd edək ki, bu Lerik rayon İcra Hakimiyyəti ilə “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkəti arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

Lerik rayon İcra Hakimiyyəti rayonun Züvüç kəndinin daxili avtomobil yolunun əsaslı təmirinin satın alınması üzrə 100.232,09 manat dəyərində müqaviləni “ELNUR-2” şirkəti ilə 08.10.2026-cı ildə bağlayıb.

Tərəflər arasında Lerik rayonunun daxili avtomobil yollarının əsaslı təmir işlərinin satın alınması üzrə 589.899,31 manat dəyərində müqavilə 02.10.2025-ci ildə bağlanılıb.

Lerik rayonunun daxili avtomobil yollarının əsaslı təmir işləri üzrə tərəflər arasında 12.09.2024-cü ildə bağlanan müqavilənin dəyəri 608.159,49 manat təşkil edib.

Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri” işlərinin satın alınması üzrə 26.12.2023-cü ildə bağlanan müqavilənin dəyəri isə 613.237,7 manat olub.

Lerik şəhərinin avtomobil yollarının əsaslı təmiri üzrə 30.12.2022-ci ildə bağlanan müqavilənin məbləği isə 555.044,69 manat təşkil edib.

Göründüyü kimi Lerik rayon İcra Hakimiyyəti 2022-2026-cı illərdə rayonda avtomobil yollarının əsaslı təmiri üzrə “ELNUR-2” şirkəti ilə ümumi dəyəri 3 061 943 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Bəs “ELNUR-2” şirkətinin sözügedən işləri həyata keçirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə daxil edilmiş məlumatlarında “ELNUR-2” (VÖEN: 1000100061) Universal İstehsalat Kommersiya Şirkətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.02.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Şirkətə VÖEN 28.08.2004-cü ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 1 manat 60 qəpik olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, SÜLEYMAN SANİ AXUNDOV, ev.11/35, m.57, qanuni təmsilçisinin isə Abıyev Zaur Niyaz oğlu olduğu qeyd edilib.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlarda “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkətinin maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üzrə 25.12.2019-cu ildə, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 29.02.2016-cı ildə lisenziya aldığı göstərilir.

İqtisadiyyat Nazirliyinin vahid reyestrində “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkətinin yol tikintisi və təmiri üzrə lisenziya alması barədə məlumat yoxdur.

Göründüyü kimi Lerik rayon İcra Hakimiyyəti son dörd ildir rayonda yolların əsaslı təmirini yol tikintisi və təmiri üzrə lisenziyası olmayan, cəmi 1 manat 60 qəpik nizamnamə kapitalı olan “ELNUR-2” Universal İstehsalat Kommersiya Şirkətinə həvale edib. Şirkətin maddi texniki bazası, peşəkar mühəndis heyəti, işçi qüvvəsi barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, Prezident İlham Əliyevin 25 iyul 2022-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin olunub. Hesablama Palatasının 2024-2025-ci illərdə dövlət büdcəsindən yolların əsaslı təmirinə ayrılmış vəsaitlərin idarə edilməsinə dair apardığı analitik təhlildə Lerik rayonunda nə qədər vəsaitin mənimsənildiyi açıqlanmasa da, məhz Əkbər Abbasovun müqavilə bağladığı “ELNUR-2” şirkətinin yarıtmaz fəaliyyətinin nəticələrni ehtimal etmək olar. Şirkət tərəfindən əvvəllər yol verilən nöqsanlara baxmayaraq Əkbər Abbasovun yenidən “ELNUR-2” şirkəti ilə işbirliyi qurması artıq şübhələrə yol açır.(aktualinfo.net)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam