Redaktor seçimi
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır-
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Günün xəbəri

Əli Əsədov Rusiya, Belarus -Özbəkistan və Qırğızıstan rəsmiləri ilə görüşüb/FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Yenixeberorg.az: Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarusun fövqəladə hallar naziri, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini, Qırğızıstanın fövqəladə hallar nazirinin müavini, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxildir.

Görüşdə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın bu idman növünün inkişafına və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsi, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlər barədə bəhs olunub.

Görüşdə yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam