Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Nazirlərin Bakı görüşü başa çatdı

Bakıda keçirilən Cənubi Qafqaz Dəhlizinin Məşvərət Şurasının ikinci iclası başa çatıb.

 

Xeberinfo.com:   Məlumata görə, iclasın nəticələri ilə bağlı yekun bəyannamə qəbul olunub.


Bəyannamə Avropa bazarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşməsi məramı vurğulanır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən il fevralın 12-də keçirilmiş ilk iclasından ötən müddət ərzində Cənubi Qafqaz Dəhlizi layihəsi icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilir. Əldə olunan nəticələrin layihənin vaxtında və uğurlu icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir. Cənubi Qafqaz Dəhlizi layihəsinin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin müvafiq ölkələr tərəfindən yerinə yetirilməsi təqdir edilir. Layihənin Avropa İttifaqının sərhədlərindən kənar bazarlara, o cümlədən Balkanlara doğru genişləndirilmədi məqsədilə mövcud perspektiv imkanların qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və İon-Adriatik qaz kəməri layihələrinə xüsusi maraq göstərildiyi bildirilir.

Bununla yanaşı, Cənubi Qafqaz Dəhlizi çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutları gələcək əməkdaşlıq və effektiv mexanizmlərin möhkəmləndirilməsi dəstəklənir. Bildirilir ki, Avropa Komissiyasının dəstəyi ilə Cənubi Qaz Dəhlizinin həyata keçirilməsi məsələlərini həll etmək üçün strateji enerji tərəfdaşlığının inkişafı üçün Enerji Birliyinin Baza Strategiyasından ən yaxşı şəkildə istifadə edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam