Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

İqtisad Universitetində bəzi fakültələr ləğv edildi

iqtisad-universitetiAzərbaycan Dövlət İqtisad Universitetində struktur islahatları aparılıb. Universitetin Elmi Şurasında qəbul edilən qərara əsasən, “İqtisadiyyat və sənaye” və “Beynəlxalq İqtisadi Münasibətlər” fakültələri birləşdirilərək, “İqtisadiyyat” fakültəsi yaradılıb.

Xeberinfo.com:  Elmi Şuranın digər qərarı ilə “Beynəlxalq ticarət və gömrük işi” və “Ticarət” kafedraları birləşdirilərək, “Ticarət və gömrük işi” kafedrası yaradılıb.

Bundan başqa, şura üzvləri Təcrübə və işədüzəltmə şöbəsinin ləğv edilərək, əvəzində iki qurum – Təcrübənin təşkili şöbəsi və Karyera Mərkəzi yaradılması barədə qərar qəbul ediblər.

Təcrübənin təşkili şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedoqoji təcrübələri ilə məşğul olacaq. Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərini həyata keçirəcək (AzNews.az).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam