Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Narkotik vasitələrdən istifadə leqallaşdırılsın - Deputatdan təklif

Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunur. Bu nəyə lazımdır?!

Xeberinfo.com:  APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verildiyini xatırladan Q. Həsənquliyev deyib ki, həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil: “Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur, dövlət də onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. O insanlar məcburi müalicəyə göndərilməlidir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, qanun layihəsi parlamentə göndərilməzdən əvvəl komitələrdə müzakirələr aparılır, təkliflər də o zaman irəli sürülməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam