Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ANS-in bazasında yeni TV fəaliyyətə başlayacaq? – Açıqlama

SPpWu1nC02F7

Xeberinfo.com:   Qaynarinfo informasiya portalı tezliklə ASAN TV- nin fəaliyyətə başlayacağı barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, yeni telekanal ASAN TV adlanacaq və kanalın təsisçisi qismində “Asan-Xidmət” olacaq.

Yeni telekanalın fərqli məkanda fəaliyyətə başlayacağını bildirən mənbə, ANS TV-nin bir çox rəhbər kadrlarına yeni telekanalda vəzifə təklif olunacağını da deyib.
Sputnik-in sorğusuna cavab verən “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bu məsələyə aydınlıq gətirib:
“Biz tərəfdən ASAN TV ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi formada hər hansı məlumat açıqlanmayıb. Odur ki, ANS TV-nin bazası əsasında ASAN TV-nin fəaliyyətə başlayacağı barədə məlumatlar həqiqəti əks etdirmir.”

Xatırladaq ki, ANS telekanalının yayımı MTRŞ-nin şikayəti əsasında dayandırılıb. ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Türkiyədə 15 iyul-da baş verən dövlət çevrilişinə cəhddə ittiham edilən Fətullah Gülənlə müsahibəsinin anonsunun efirə getməsi MTRŞ-ni bu addımı atmağa vadar edib. İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS rəhbərliyi bu qərarı ədalətli qərar hesab etmədiyini bildirib və Ali Məhkəməyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam