Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Deputatdan AZAL-a ittiham:”Ümumiyyətlə, bilmək olmurdu ki, o, nə danışır”

eflatun amasovMilli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) şikayətçidir.

Xeberinfo.com:  Bu haqda danışan deputat sərnişini olduğu AZAL təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını vurğulayıb: “AZAL-ın bələdçisinin danışığında nə intonasiya, nə də vurğu var idi. Ümumiyyətlə, bilmək olmurdu ki, o, nə danışır. Bu cür danışıqla Azərbaycana ilk dəfə gələn xarici ölkə vətəndaşında dilimiz barədə hansı təsəvvür yarana bilər?!”.

Ə.Amaşov AZAL-a “Bakı Metropoliteni”nin təcrübəsindən yararlanmağı məsləhət görüb:

“Şirkət ya öz dilimizdə danışıq səviyyəsi yüksək olan şəxsləri işə götürməlidir, ya da ən azı “Bakı Metropoliteni”nindəki metoddan – səs yazısından istifadə etməlidir. Mən azərbaycanlı ola-ola, öz dilimi bilə-bilə bələdçinin nə danışdığını çox çətinliklə anlayırdım. Dövlətimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin saflığı, inkişafı ilə bağlı 30-a yaxın qanun, sərəncam, normativ qəbul olunub. Məqsəd Azərbaycan dilinin daha da inkişaf etdirilməsi və dilin tələblərinə sayğı ilə yanaşılmasıdır.

İstəyim budur ki, AZAL kimi təşkilatlarda Azərbaycan dilinin saflığından doğan tələblərinə, qaydalarına əməl etsinlər. Ya AZAL-da bunu bilmirlər, ya da əməl etmək istəmirlər. Hesab edirəm ki, hər bir vətəndaş, milli hissi zəif olsa belə, Azərbaycan dilini bilməsə belə, dövlət dilinin tələblərinə hörmət etməlidir”. (Modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam