Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Rauf Mirqədirov təcridxanaya qaytarılacaq

 

                 Bu barədə jurnalistin vəkili Fuad Ağayev bildirib.
 
     "Xeberinfo.com": Vəkilin sözlərinə görə, cinayət işinin istintaqını aparan müstəntiq onlara deyib ki, R. Mirqədirova yas mərasimində iştirak üçün 7 gün icazə verilib. Hazırda R. Mirqədirov atasının yas mərasimində iştirak edir. O, atasının 7 mərasimindən sonra təcridxanaya qaytarılacaq.
 
   Xatırladaq ki, jurnalistin atası Həbibulla Mirqədirov mayın 24-də gecə saatlarında vəfat edib. Elə həmin gün R. Mirqədirova atasının dəfnində iştirakına icazə verilib.
 
Qeyd edək ki, R. Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. İş üzrə mayın 23-də R. Mirqədirovun atasının evində axtarış aparılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam