Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı bir sıra tədbirlər keçirildi -Həştərxanda (FOTOLAR)

Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı bir sıra tədbirlər keçirildi -

 

Yenixeber.org:  Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi ilə bağlı vilayətin qubernatoru A.Jilkin tərəfindən təsdiq edilmiş tədbirlər planı çərçivəsində may ayında bir sıra tədbirlər, o cümlədən Heydər Əliyev adına 11 saylı orta məktəbində açıq dərslər,  görüşlər, dəyirmi masa və sair anım mərasimləri baş tutmuşdur.

Həyata keçirilmiş bir sıra tədbirlərin yekunu olaraq cari ilin 10 may tarixində Heydər Əliyev parkında tədbir təşkil olunub. Mərasimdə Həştərxan vilayətinin beynəlxalq münasibətlər və xarici iqtisadi əlaqələr naziri DenisAfanasyev, "Həştərxan şəhər" bələdiyyəsinin administrasiya rəhbəri OleqPolumordvinov, vilayət və şəhərin digər rəsmiləri, Azərbaycan diaspora rəhbəri Ədalət Hüseynov, AMOR-un Həştərxan bölməsinin nümayəndələri, Heydər Əliyev adına məktəbin direktoru TatyanaTixomirova, məktəbin müəllim və şagirdləri, Azərbaycan diasporunun nümayəndələri, regional qeyri-hökumət təşkilatları və gənclər iştirak ediblər.

 

Mərasimin əvvəlində iştirakçılar Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz rolundan danışmışlar.

Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı bir sıra tədbirlər keçirildi -
Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı bir sıra tədbirlər keçirildi -
Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı bir sıra tədbirlər keçirildi -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam